İQTİSADİYYAT
Neftçala Sənaye Məhəlləsindən Avropaya balıq məhsulları ixrac olunacaq
01.01.2025 [16:02]
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Təkcə ötən ilin yanvar-sentyabr aylarında sənaye məhəlləsində 30 milyon manata yaxın məhsul istehsal edilib.