Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

2024-cü il Azərbaycan iqtisadiyyatı nələr ilə yadda qaldı?

01.01.2025 [14:00]

2024-cü il Azərbaycan iqtisadi sahədə uğurlu göstəricilərlə yadda qaldı. Bu nəticələri bilmək üçün isə ilk növbədə ötən 11 ay ərzində ölkənin iqtisadi və sosial inkişafına dair makroiqtisadi göstəricilərə nəzər salmaq lazımdır. 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 113 milyard 282 milyon 400 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.1% çoxdur. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, 2024-cü ildə iqtisadiyyatımız bütün sahələr üzrə artım tempini qoruyub saxladı.