CƏMİYYƏT
Yeni il münasibətilə Xankəndidə atəşfəşanlıq olub
01.01.2025 [02:27]
Xəbərin mətni
Bayram ərəfəsində təşkil edilən konsert proqramı, bir neçə gün davam edən yarmarka və bir-birindən maraqlı tədbirlər əsl əyləncəyə çevrilib. Yeni ilin gəlişi münasibətilə Xankəndi səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.
Bayram sevincini bölüşmək üçün Zəfər meydanına toplaşan dövlət qurumlarının əməkdaşları, Qarabağ Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar atəşfəşanlığı böyük maraqla izləyiblər. Atəşfəşanlıq Qarabağın, Xankəndi şəhərinin səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq coşqu ilə qarşılanıb.