Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

02.01.2025 [14:43]

Xəbərin mətni

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə xatirəsi yad edilib. AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər. 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb. Sonra o, indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib.