Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edilir

06.01.2025 [15:02]

Xəbərin mətni

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağının inşası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər davam etdirilir.
Yeni yol qovşağı layihənin 1.8-ci km-lik hissəsində inşa edilir. Qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir.
Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının və drenaj borularının quraşdırılması, həmçinin istinad divarlarının tikintisi istiqamətində işlər davam etdirilir.