Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bu il 62 şəhər və rayon xərclərini öz hesabına ödəyəcək

07.01.2025 [18:07]

2025-ci il dövlət büdcəsi müəyyən edildikdən sonra büdcə xərclərinin bölünməsi istiqamətində işlər görülməyə başlanılıb. Ümumilikdə 62 rayon və şəhərin xərcləri öz gəlirləri hesabına təmin ediləcək. Bu il yalnız 5 rayona dövlət büdcəsindən vəsait ayırılıb. 2024-cü ildə isə büdcədən 8 rayona dotasiya ayrılmışdı.