MƏDƏNİYYƏT
Türkiyəli aparıcı Şuşada yaşadığı maraqlı hadisələrdən danışdı
07.01.2025 [18:16]
“Esrarengiz Azərbaycan” proqramının müəllifi və aparıcısı Esra Gezginci AZƏRTAC-ın qonağı olub. Ölkəmizə həsr olunan proqram çərçivəsində çəkilişlər Bakıda başlayıb və Azərbaycanın müxtəlif bölgələrində davam etdirilib. Proqram komandası Qarabağa səfər edərək işğaldan azad edilmiş rayonlarımızdakı gerçəklikləri də lentə alıb.