Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sosial şəbəkələrdə saxta xidmətlər təklif olunur

09.01.2025 [18:34]

Qarşı tərəfin xəbəri olmadan telefonunun izlənməsi, WhatAppın yönləndirilməsi... Son vaxtlar bu və buna oxşar müxtəlif elanlar sosial şəbəkələrdə demək olar ki, tez-tez qarşımıza çıxır. Təklif olunan xidmət üçün müraciət edən vətəndaşlardan isə əvvəlcədən ödəniş alınır. Bundan sonra isə ortada nə xidmət, nə də xidməti təklif edənlər olur. Bəs maraqlıdır, qarşı tərəfin xəbəri olmadan telefonunun izlənməsi həqiqətən mümkündürmü?