Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bu il daha 20-ə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq

09.01.2025 [18:55]

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqət və nəzarətindədir. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanlara müjdəli xəbərlər verdi. Bildirdi ki, bu ilin sonuna qədər daha 20-ə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq. Hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri yüksək templə davam edir.