Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi davam edir

10.01.2025 [10:29]

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 104 metr, 3 aşırımdan ibarət yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.