Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

AYNA: Bakıda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2 minə çatdırılıb

10.01.2025 [13:59]

Xəbərin mətni

Ötən il Bakı şəhəri üzrə daşınan 476 milyon sərnişin üzrə ödənişlərin 77,5 faizi nağdsız qaydada olub.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Anar Rzayevin sözlərinə görə, 2023-cü illə müqayisədə nağdsız ödəniş 17 faiz artıb.