Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Nazir müavini: Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətirilməsi planlaşdırılır

10.01.2025 [14:03]

Xəbərin mətni

“Bakı Metropoliteni” QSC tərəfindən Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilərək, istifadəyə verilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.