Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Formalaşmaqda olan yeni dünya nizamı və Azərbaycan

10.01.2025 [17:56]

Yeni dünya nizamı - suverenliyin tanınması, heç bir ölkənin daxili işlərinə qarışmamaq, onların daxili vəziyyətini gərginləşdirməmək kimi prinsiplərə əsaslanmalıdır. Bütün bunlar isə Azərbaycanın xarici siyasətində yer alır. Ekspertlər hesab edir ki, Azərbaycan son illərdə siyasi, iqtisadi, eyni zamanda humanitar sahədə məsuliyyətli tərəfdaş kimi özünü sübut edib, qonşularına qarşı təhdid formalaşdırmayıb, regionda sülhün və sabitliyin təminatçısına çevrilib.