SİYASƏT
Kolumbiya televiziyasında Azərbaycanın bu ölkəyə humanitar yardımından bəhs edilib
10.01.2025 [19:19]
Xəbərin mətni
Kolumbiyanın “Kanal On üç” televiziyasında yayımlanan “Bizim Kolumbiya” verilişində Azərbaycanın bu ölkəyə humanitar maliyyə yardımı ayırması ilə bağlı süjet efirə gedib. AZƏRTAC xəbər verir ki, süjetdə Kolumbiyanın Duitama şəhərində yerləşən paramo qoruqlarının mühafizəsi məqsədilə ayrılan bu yardımın əhəmiyyətinə diqqət çəkilir, hər iki ölkənin ətraf mühitin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığa və yardımlaşmağa xüsusi önəm verdiyi qeyd olunur.