İDMAN
Xizək Alpinizmi üzrə Dünya Kuboku başlayıb
10.01.2025 [19:38]
Xəbərin mətni
“Şahdağ” Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb. AZƏRTAC xəbər verir ki, ilk yarış günündə idmançılar sprint növü üzrə mübarizə aparıblar. Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.