Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb

14.01.2025 [12:29]

Xəbərin mətni

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıq görülür, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə layihələr davam etdirilməkdədir.
AZƏRTAC xəbər verir ki, genişmiqyaslı proqrama uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində regional seminar-müşavirələrə start verilib və ilk tədbir Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin iştirakı ilə yanvarın 14-də Bakı Şəhər Baş Polis İdarəsində təşkil olunub.