Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Fermerlərə yeni subsidiyalar veriləcək

14.01.2025 [17:39]

Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, bu ildən başlayaraq fermerlər qarğıdalıya görə, əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil ediləcək.