İQTİSADİYYAT
Biləsuvarlı pambıqçılar 2024-cü ili yüksək nəticə ilə başa vurublar
15.01.2025 [15:46]
Xəbərin mətni
Ötən mövsüm əlverişsiz hava şəraiti səbəbilə Biləsuvarda pambıq yığımı xeyli geciksə də, tarlalardan rayon tarixində ən yüksək məhsuldarlıq əldə edilib. Belə ki, bu günədək tarlalardan 24 min 400 tona yaxın “ağ qızıl” toplanaraq emal müəssisələrə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, 2024-cü ili uğurla başa vuran biləsuvarlı pambıqçılar 7 min hektardan çox sahədə yetişdirilən yüksəkkeyfiyyətli pambıq məhsulunu son qozasınadək toplayaraq emal müəssisələrinə təhvil veriblər.