Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edilir

15.01.2025 [16:21]

Vətəndaşların Böyükşor-Pirşağı avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 1.3, 6.5 və 7.7-ci km-lik hissələrində yeni yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub.
Artıq avtomobil yolunun 6.5-ci km-lik hissəsində uzunluğu 42.2 metr, 7.7-ci km-lik hissəsində isə uzunluğu 47 metr təşkil edən piyada keçidlərinin inşasına start verilib.