SİYASƏT
İqtisadi və mədəni əlaqələr: Azərbaycan və BƏƏ
15.01.2025 [20:18]
Prezident İlham Əliyevin xarici dövlətlərə, həmçinin dünya ölkələri liderlərinin Azərbaycana səfərləri dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Milli Məclisin deputatı Tural Gəncəliyevin sözlərinə görə, ölkə başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafına gətirib çıxaracaq.