Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib

16.01.2025 [16:43]

Xəbərin mətni

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin iştirak etdiyi iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.
Tədbirin ilk günündə gömrük adminstrasiyalarının ekspertlərinin görüşü keçirilib, iclasın gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparılıb. İclasın açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və digər iştirakçılar çıxış ediblər.