Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nazir: Azərbaycan şirkətləri Gürcüstana 3,6 milyard dollar dəyərində sərmayə yatırıb

16.01.2025 [18:24]

Xəbərin mətni

İndiyədək Azərbaycan şirkətləri tərəfindən Gürcüstana ümumilikdə 3,6 milyard ABŞ dolları dəyərində sərmayə yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır.