Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan Atçılıq Federasiyasında ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

17.01.2025 [17:04]

Xəbərin mətni

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, federasiyanın rəhbəri Elçin Quliyev gənc nəslin sağlam ruhda yetişdirilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O, milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə edib.
Sonra ARAF-ın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunub.