Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

18.01.2025 [11:00]

Xəbərin mətni

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.