SİYASƏT
İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib
18.01.2025 [18:58]
Xəbərin mətni
İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII Hesabat-Seçki Qurultayı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF-in rəhbəri Ədalət Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin sədrləri və üzvləri, QHT-lərin, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.