SİYASƏT
Benjamin Kleman: Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı
21.01.2025 [16:23]
Xəbərin mətni
Fransa tərəfindən qanunsuz olaraq bizim regionda çoxsaylı abortlar həyata keçirilib. Bu da insanlığa qarşı aparılan cinayət idi. Fransa heyvanlar üçün istifadə olunan dərmanlar vasitəsilə bu cinayətləri törədirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.