İQTİSADİYYAT
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi davam edir
21.01.2025 [16:40]
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə davam etdirilir.
Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yol üzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işləri ətrafda yaşayan vətəndaşların istirahətinə maneə yaradılmadan gündüz və sutkanın qaranlıq saatlarında aparılır.
Tərtib olunmuş qrafikə uyğun tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.