Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidi inşa olunub

22.01.2025 [15:33]

Yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262.5-ci km-də tikilib.
Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.