İDMAN
Qurban Qurbanov: Rəqibimiz xırda səhvləri bağışlamayan komandadır
22.01.2025 [15:53]
Xəbərin mətni
"Bizim üçün vacib oyundur".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.