Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb

22.01.2025 [16:25]

Xəbərin mətni

Ötən gün Göygöl rayonu, yerli əhəmiyyətli Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 2-ci kilometrlik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə AAYDA-nın Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.