İQTİSADİYYAT
Özünəməşğulluq proqramının fəaliyyət sahələri genişləndirilib
22.01.2025 [19:24]
İşsiz və kiçik biznes qurmaq istəyənlər üçün yeni imkanlar yaradılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırasına yeni istiqamətlər əlavə olunub. Sözügedən Proqramın zərflər siyahısına “Qəssab dükanı”, “Kotançılıq”, “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri” və “Avtorazval xidmətləri” istiqamətləri də daxil edilib. Bu xidmətlər zərfinin hər birinə müraciət edən işsiz vətəndaşlar, bu istiqamətlər üzrə fəaliyyət göstərmək üçün lazım olan bütün avadanlıqlarla təmin olunacaqlar.