SİYASƏT
Azərbaycan dünya liderlərinin diqqət mərkəzində
22.01.2025 [20:24]
Son 3 gün ərzində Prezident İlham Əliyevin Davosda dünya liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq siyasətdəki nüfuzunu və qlobal güc mərkəzinə çevrildiyini bir daha təsdiqlədi. Görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması isə ölkəmizin strateji əhəmiyyətinin və Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.