Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

23.01.2025 [10:49]

Xəbərin mətni

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 10-dan artıq avtomobildən pul, maqnitofon, akkumulyator və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Məmmədov və N.Cümşüdov saxlanılıb.