CƏMİYYƏT
Göygöl rayon sakinləri qanunsuz saxladıqları silahları polisə təhvil veriblər
23.01.2025 [10:54]
Xəbərin mətni
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 12 tüfəngi könüllü olaraq polisə təhvil veriblər.