Belqradda Azərbaycanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub
29.05.2015 [13:14]
Xəbərin mətni
Belqradda 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Əvvəlcə Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilib.
Çıxış edən ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 97 il bundan əvvəl, 1918-ci il mayın 28-də tarixi “İstiqlal Bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib.