Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 [12:59]

Xəbərin mətni

Tovuzda bədbəxt hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tovuzun dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb. Elektrik dirəyinə çıxan ustanı cərəyan vurub. Hündürlükdən yerə yıxılaraq ağır xəsarət alan usta, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.