Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib

23.01.2025 [17:50]

Xəbərin mətni

Milli Olimpiya Komitəsi Fransanın paytaxtı Parisdə keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında yer tutan Azərbaycan idmançılarının medallarının keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, idmançıların müraciəti əsasında araşdırmalar aparılıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.