Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb

23.01.2025 [18:12]

Xəbərin mətni

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 11 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər cinayətlər törətdiklərinə görə axtarışda olan 11 nəfər saxlanılıb, “isti izlərlə” 31 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 162, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 63 fakt aşkarlanıb, mülki axtarışda olan 22 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.