Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri hərraca çıxarılacaq

24.01.2025 [17:39]

Dövri olaraq, müxtəlif dövlət qurumlarının balansında olan əmlaklar hərrac yolu ilə satılır. Bu hərraclar zamanı vətəndaşların ən çox diqqətini çəkən əmlaklar isə nəqliyyat vasitələri olur. Lakin bir çox insanlar belə hərraclara necə qoşulmaq lazım olduğunu bilmir. Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzinin əməkdaşı Tahirə Tağıyeva bildirir ki, bu hərraclar ildə bir neçə dəfə keçirilir və iştirak etmək istəyən hər bir fiziki və hüquqi şəxs üçün açıqdır.