Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Fransanın növbəti uğursuzluğu: “Paris-2024” Olimpiya Oyunlarının keyfiyyətsiz medalları

24.01.2025 [17:47]

Fransanın ev sahibliyi etdiyi “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında təqdim olunan medalların keyfiyyəti ürəkaçan deyil. Dünyanın müxtəlif ölkələrindən olan idmançılar, qazanılan medalların keyfiyyətindən ciddi narazılıq bildirirlər. Təəssüf ki, bu xoşagəlməz haldan Azərbaycan idmançıları da zərər görüb. 7 medal qazanan ölkəmizin təmsilçiləri, belə mötəbər yarışda – Olimpiadada, Fransanın səhlənkar yanaşmasından şikayətçidirlər.