İQTİSADİYYAT
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib
24.01.2025 [18:56]
Mərkəzi Bankda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2024-cü il üzrə Yol xəritəsi və işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində il ərzində görülmüş işlər barədə məlumat verib.