İDMAN
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
25.01.2025 [19:23]
Xəbərin mətni
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov bu yarışda fərqlənən idmançıların gələcəkdə təşkil olunacaq beynəlxalq turnirlərə qatılmaq imkanı qazanacaqlarını bildirib. O, dövlətin hər zaman idmana qayğı göstərdiyini vurğulayıb.