İQTİSADİYYAT
Əhmədbəyli-Füzuli-Şuşa yolunun beynəlxalq normalara uyğun tikintisi yekunlaşır
27.01.2025 [11:50]
Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılır.
Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır.
I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunub. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir.