İQTİSADİYYAT
Vergi Məcəlləsində kirayə mənzil verən şəxslərlə bağlı mühüm dəyişiklik
27.01.2025 [17:35]
Əlavə qazanc məqsədilə mənzilini satmaq yerinə kirayə verməyə üstünlük verən vətəndaşlar az deyil. Qanunvericiliyə əsasən, hər bir gəlirli fəaliyyət kimi kirayə mənzil sahibləri də vergiyə cəlb olunurlar. Lakin indiyə qədər bu vergi ödəmə prosesi kifayət qədər mürəkkəb idi və müxtəlif çətinliklər yaradırdı. Məhz bu səbəbdən Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu yenilik kirayə verənlərin vergi ödəmə proseslərini daha rahat və sadə edir.