Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bələdiyyə seçkilərində səs verəcək seçicilərin sayı açıqlanıb

28.01.2025 [15:04]

Xəbərin mətni

Bələdiyyə seçkilərində səs verəcək seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, hazırkı 685 bələdiyyə işğaldan azad edilmiş əraziləri əhatə etmir.