SİYASƏT
Müdafiə naziri Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb
28.01.2025 [15:41]
Xəbərin mətni
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.