İQTİSADİYYAT
Son 20 ildə 20 767,1 km yeni yol tikilib, yenidən qurulub və təmir edilib
28.01.2025 [16:32]
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyası onun layiqli davamçısı olan Prezident İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla inamla həyata keçirilməkdədir.
Respublikamızda ötən 20 ilin ən böyük inkişaf göstəricilərindən və mühüm nailiyyətlərimizdən biri modern və ən qabaqcıl standartlara cavab verən kompleks yol-nəqliyyat infastrukturunun formalaşdırılmasıdır.