İQTİSADİYYAT
Hansı yağlar insan orqanizmi üçün zərərlidir?
28.01.2025 [18:40]
Hazırda gündəlik həyatımızda qidalanmada müxtəlif yağlardan istifadə edirik. Həmin yağların içərisində insan orqanizminə faydalısı da var, zərərlisi də. Qida Təhlükəsizliyi İnstitutu maarifləndirici məlumat paylaşaraq sağlamlıq üçün təhlükəli yağlarla təhlükəsiz yağların fərqini izah edib. İnstitutun sektor müdiri Aynur Heydərova bildirir ki, bəzi mütəxəssislər palma yağı ilə trans yağları qarışdırır. Halbuki palma yağı, müəyyən norma daxilində istifadə edildikdə, insan sağlamlığı üçün təhlükəli hesab olunmur. Trans yağlar isə doymamış yağların müəyyən proseslər nəticəsində dəyişməsi ilə əmələ gəlir.