İQTİSADİYYAT
Aerokosmik tədqiqatlar üzrə gənc alim: Azərbaycanın kosmik texnologiyaların tətbiqində lider ölkələrdən birinə çevrilmək potensialı yüksəkdir
28.01.2025 [18:49]
Xəbərin mətni
İtaliyada Turin Politexnik Universitetində doktorantura təqaüd proqramında qalib olduqdan sonra xaricdə üzləşdiyim əsas tədqiqat və tədris metodologiyasının sisteminin Azərbaycanda tətbiq olunmasını çox istərdim. İtalyanlar aktiv iş rejimi ilə həyatın gözəlliklərini qiymətləndirməyi balansda saxlamağı çox yaxşı bacarırlar. Həmin balansı həyatımda inkişaf etməyə daha dərindən çalışıram. Çünki insana hədəflərinə daha az streslə çatmaqda kömək edir.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində tarixdə ilk dəfə Beynəlxalq Astronavtika Federasiyasının “IAC Gənc Pioner” mükafatının sahibi, BMT-nin Kosmik İşlər Bürosunun (UNOOSA) təqaüdçüsü, “AstroAid Foundation”ın səfiri Sona Quliyeva deyib.