Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistanın təxribatçı addımları diqqət mərkəzindədir

28.01.2025 [19:14]

Ermənistan özünü sülh tərəfdarı kimi təqdim etsə də, Azərbaycana qarşı təxribatlarından əl çəkmir. 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərindən dərs çıxarmayan Ermənistan, silahlanmasını davam etdirir, şərti sərhəddə müxtəlif təxribatlar törədir. Ölkənin rəhbərlərinin zaman-zaman ziddiyyətli açıqlamaları isə onların qeyri-ciddi mövqe sərgilədiyini bir daha sübut edir.